Şrift:
Türkiyədə “Evdə qal!” rejimini pozanlara qarşı sərt tədbirlər görülüb
21.12.2020 [11:31] - Xəbərlər, Türk dünyası-Turan
Türkiyədə üç gün mövcud olmuş həftəsonu “Evdə qal!” rejimini pozuqlarına görə, ümumilikdə 38 min 874 min nəfərə məhkəmə qərarı və yaxud inzibati qaydada protokol əsasında cərimə kəsilib.

Növbəti həftəsonu 56 saatlıq “Evdə qal!” rejimi dekabrın 25-də saat 21.00-da qüvvəyə minib dekabrın 28-də saat 5.00-dək başa çatacaq. Həftənin ilk beş günü tətbiq olunan gündəlik “Evdə qal!” rejimi isə saat 21.00-dan saat 5.00-dək davam etməkdədir.

Qeyd edək ki, hazırda Türkiyədə gündəlik yoluxma və ölüm halları böyük təlaş yaradır. Son sutka ərzində 20 min 316 nəfərdə virus əlaməti aşkarlanıb, 3 min 546 nəfər müalicəyə cəlb olunub. Gün ərzində bu xəstəlikdən 246 nəfər ölüb.

İnfeksiyasının yayılmasına qarşı tədbirlər çərçivəsində İngiltərə, Danimarka, Niderland və Cənubi Afrika Respublikası ilə aviareyslər müvəqqəti dayandırılıb
Bu xəbər oxucular tərəfindən 1106 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed