Şrift:
Əsas kapitala yönəldilmiş vəsaitin 152,2 milyon manatı informasiya və rabitə sahəsinə xərclənib
21.12.2020 [11:32] - Gündəm, İqtisadiyyat
Yanvar-noyabr aylarında əsas kapitala yönəldilmiş ümumi vəsaitin 1,2 faizi informasiya və rabitə sahələrində xidmətlərin göstərilməsinə sərf olunub.

Dövlət Statistika Komitəsindən bildirilib ki, əsas kapitala yönəldilmiş vəsaitin 152,2 milyon manatı informasiya və rabitə sahəsinin, o cümlədən 143,8 milyon manatı rabitənin payına düşüb. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 37,4 faiz azdır.
Bu xəbər oxucular tərəfindən 85 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed