Şrift:
Gürcüstan 11 ayda Azərbaycandan 1,449 milyard kubmetr həcmində təbii qaz alıb
22.12.2020 [10:34] - Gündəm, İqtisadiyyat
Gürcüstan cari ilin yanvar-noyabr ayları ərzində Azərbaycandan 1,449 milyard kubmetr həcmində təbii qaz alıb. Bu da 2019-cu ilin eyni dövrü ilə müqayisədə 4,1 faiz azdır.

Bu barədə Gürcüstan Milli Statistika Xidmətindən məlumat verilib.

Bildirilir ki, 2019-cu ildə Gürcüstan Azərbaycandan 285 milyon dollar dəyərində, 1,743 kubmetr həcmində təbii qaz almşdır.

Bu il isə Gürcüstan Azərbaycandan 208 milyon dollar dəyərində təbii qaz alıb.

Qeyd edək ki, Azərbaycan dekabr ayından Gürcüstana satdığı təbii qazın qiymətini azaldıb. Ekspertlərin fikrincə bu da Gürcüstanın Azərbaycandan “mavi yanacaq” almasını stimullaşdıracaq.

Cari il dekabrın 17-də imzalanmış müqaviləyə əsasən Gürcüstan Azərbaycandan 200 milyon kubmetr həcmində qazı güzəştli qiymətlərlə alacaq.
Bu xəbər oxucular tərəfindən 91 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed