Şrift:
Britaniyada koronavirusa yoluxanların sayı 2 milyonu ötüb
22.12.2020 [10:40] - Gündəm, Sosial
Böyük Britaniyada koronavirusa yoluxanların sayı 2 milyonu ötüb.

Yerli KİV-lərə istinadla xəbər verir ki, ötən gün virusdan 534 nəfər həyatını itirib və bununla da ölənlərin sayı 70 minə çatıb.

Ölkədə müşahidə olunan, mutasiyaya uğramış yeni koronavirus növünün 70 faiz daha yoluxucu olduğu müəyyənləşib.

Virusun yayılmasının qarşısını almaq üçün hökumət tərəfindən karantin qaydaları daha da sərtləşdirilib. Qida satışı olmayan bütün mağazalar, idman yerləri və restoranların fəaliyyəti dayandırılıb. Milad bayramı ərəfəsində ailələrin bir-biri ilə görüşməsinə verilən icazələr ləğv edilib. Vətəndaşlardan daha diqqətli olmaları tələb olunur.

Həmçinin bir çox ölkələr Krallığa olan uçuşları dayandırıb.
Bu xəbər oxucular tərəfindən 75 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed