Şrift:
Tahir Mirkişili: Cari ildə pandemiya və müharibə vəziyyəti iqtisadiyyata təbii olaraq öz təsirini göstərib
23.12.2020 [12:07] - Gündəm, İqtisadiyyat
2020-ci ildə pandemiya və müharib vəziyyəti iqtisadiyyata təbii olaraq öz təsirini göstərib.

Bu sözləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” Qanun layihəsinin müzakirəsi zamanı deyib.

O bildirib ki, yola salmağa hazırlaşdığımız 2020-ci il öz problemləri ilə yadda qaldı. Lakin Azərbaycan yeganə dövlət və xalq olacaq ki, bu ili Qələbə ili kimi qeyd edəcək. 44 günlük Vətən müharibəsi Azərbaycan dövlətinin, ordusunun və xalqının gücünü, xalq-iqtidar birliyini bütün dünyaya göstərdi. Təbii ki, bu uğurların əldə edilməsində güclü iqtisadiyyatın rolu böyükdür.

Komitə sədri diqqətə çatdırıb ki, 2017-ci ildən başlayaraq iqtisadi artm müşahidə edilib. 2018-ci ildə müəyyən geriləmə olub. 2020-ci ildə isə pandemiya və müharib vəziyyəti iqtisadiyyata təbii olaraq öz təsirini göstərib.

T.Mirkişili qeyd edib ki, ölkə iqtisadiyyatının 4,9 faiz azalacağı əvvəlcədən proqnozlaşdılırdı. Neftin qiyməti əvvəl 35 dollar idisə, indi 41 dollar təşkil edir. 2021-ci ildə neftin qiymətinin 15 faiz artacağı proqnozlaşdırlır və 40 dollar olacaq.

“2020-ci ilin büdcə üzləşməsi səhiyyədə xərclərlə bağlı kəsir yaradıb. Lakin azalmalarla yanaşı, müsbət irəliləyişlər də var. Bu, kənd təsərrüfatı və digər sahələlə bağlıdır. Neft sektorunun payı 58 faiz, qeyri-neft sektorunun payı isə 42 faiz təşkil edib”, - deyə o bildirib.
Bu xəbər oxucular tərəfindən 112 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed