Şrift:
Azərbaycanda minik avtomobillərinin istehsalı azalıb
23.12.2020 [12:09] - Gündəm, İqtisadiyyat
Cari ilin yanvar-noyabr aylarında ölkədə 1642 və ya ötən ilin müvafiq dövrünə nisbətən 430 ədəd az minik avtomobili istehsal olunub.

Dövlət Statistika Komitəsindən bildirilib ki, 11 ayda maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 329 milyon manatlıq məhsul istehsal edilib. 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə avtomobil, qoşqu və yarımqoşquların istehsalı 41,2 faiz, sair nəqliyyat vasitələrinin istehsalı 47,5 faiz, maşın və avadanlıqların istehsalı isə 8 faiz artıb.
Bu xəbər oxucular tərəfindən 94 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed