Şrift:
Türkiyə Superliqası: XIV turda keçirilən İstanbul derbisində "Fənərbağça" "Başakşəhər"i darmadağın edib
24.12.2020 [10:06] - Gündəm, İdman
Dekabrın 23-də futbol üzrə Türkiyə çempionatının XIV turu çərçivəsində keçirilən qarşılaşmada “Fənərbağça” doğma meydana “Başakşəhər”lə üz-üzə gəlib.

Qarşılıqlı hücumlar şəraitində keçən görüşdə meydan sahibləri 4:1 hesabı ilə qələbə qazanıb. "Fənərbağça"nın qollarını Nazim Sanqare (45), Marsel Tisserand (60), Luis Qustavo (84) və Mert Hakan Yandaş (89) vurub. Qonaqların heyətində isə Mahmud Tekdemir fərqlənib. Bundan əlavə, "Başakşəhər"in heyətində Rafael və İrfan Kahveci qırmızı vərəqə alaraq komandalarını meydanda azlıqda qoyublar.

Beləliklə, XIV turda keçirilən İstanbul derbisində "Fənərbağça" "Başakşəhər"i darmadağın edib.

Günün digər matçında isə “Qaziantep” səfərdə “Kasımpaşa”nın qapısından dörd cavabsız qol keçirib. "Dənizlispor"da əfər matçında "Ərzumurspor"u 1:2 hesabı ilə üstələyib. "Alanyaspor" - "Yeni Malatyaspor" görüşünda isə qalib müəyyənləşməyib - 1:1.

Turun digər oyunları aşağıdakılardır:

"Kayserispor" - "Konyaspor"

"Sivasspor" - "Gənclərbirliyi"

"Ankaragücü" - "Beşiktaş"

"Rizəspor" - "Antalyaspor"

Qeyd edək ki, yeni mövsümdə Superliqada 21 komanda yarışır. XIV turda "Fateh Karagümrük" istirahət edir.
Bu xəbər oxucular tərəfindən 479 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed