Şrift:
Ermənistandakı qısır kişilərlə bağlı ŞOK Statistika
21.11.2012 [10:40] - Hadisə
Ermənistan misli görünməmiş bir problemlə üzləşib. Beynəlxalq təşkilatlar tərəfindən bu ölkədə aparılan araşdırmalar zamanı məlum olub ki, erməni ailələrində sonsuzluq problemi əvvəlki illərlə müqayisədə ifrat dərəcədə çoxalıb.

Statistik məlumatlarda bildirilir ki, hazırda Ermənistanda 7 ailədən ən azı biri sonsuzluq problemindən əziyyət çəkir. Ermənistanın rəsmi dairələri də faktı təsdiqləyiblər. Xüsusən erməni mütəxxəs Eduard Hambardzumyan problemin daha qorxulu olduğunu bildirərək hakimiyyəti ciddi tədbirlər görməyə çağırıb.

Cari ilin ən son statistik rəqəmlərinə görə, Ermənistan əhalisinin 16-18 faizi sonsuzdur. Bu rəqəmin Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində isə 18 faizdən daha çox olduğu bildirilir. Beynəlxalq təşkilatların açıqlamalarına görə, qısırlıq problemi daha çox erməni kişilər arasında geniş vüsət almaqdadır.

Erməni mütəxəssis Eduard Hambardzumyanın sözlərinə görə, hazırda qondarma “Dağlıq Qarabağ Respublikası”nda qeydə alınan qorxunc problemin aradam qaldırılması üçün bu ərazilərdə yeni səhiyyə ocaqlarının tikintisinə başlanıb.

Dünya səhiyyə təşkilatları da Ermənistanda baş alan sonsuzluq probleminin mövcudluğu ilə bağlı həyəcan təbili çalır.

Anar
Bu xəbər oxucular tərəfindən 592 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed