Şrift:
Türkiyə Superliqası: “Beşiktaş” səfərdə “Ankaragücü”nü minimal hesabla məğlub edib
25.12.2020 [10:33] - Gündəm, İdman
Dekabrın 24-də futbol üzrə Türkiyə çempionatının XIV turu çərçivəsində keçirilən qarşılaşmada “Beşiktaş” səfərdə “Ankaragücü”nün qonağı olub

Qarşılıqlı hücumlar şəraitində keçən görüş İstanbul təmsilçisinin minimal hesablı qələbəsi ilə bitib - 0:1. “Beşiktaş”ın yeganə qolunu Damaqoy Vida vurub.

Günün digər matçında isə “Konyaspor” səfərdə “Kayserispor”u 1:2 hesabı ilə üstələyib. “Sivasspor” isə öz meydanında “Gənclərbirliyi”ni 3:1 hesabı ilə məğlub edib. “Rizəspor”da “Antalyaspor”a 2:1 hesabı ilə qalib gəlib.

Turun yekun nəticələrinə görə turnir cədvəlinə 27 xalla “Alanyaspor” başçılıq edir. 26 xal toplayan “Qalatasaray” və “Fənərbağça” klubları müvafiq olaraq ikinci və üçüncü pillələrdə qərarlaşıblar.

Qeyd edək ki, yeni mövsümdə Superliqada 21 komanda yarışır. XIV turda “Fateh Karagümrük” istirahət edir.
Bu xəbər oxucular tərəfindən 818 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed