Şrift:
“Şəhidlik uca zirvədir” adlı tədbir keçirilib
28.12.2020 [10:37] - Xəbərlər, Mədəniyyət
Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanası və Antalya Azərbaycan Mədəniyyəti və Həmrəylik təşkilatı tərəfindən "Şəhidlər ölməz, Vətən bölünməz” layihəsi çərçivəsində "Şəhidlik uca zirvədir" adlı onlayn tədbir keçirilib.

Kitabxanadan bildirilib ki, onlayn tədbiri “Zoom” proqramı üzərindən izlənilib.

Vətənpərvərlik ruhunda keçən tədbirdə ikinci Qarabağ müharibəsində şəhid olan Məmmədağa Səfərov, Ağami Heybətov, Vüsal İsmayılov, Tural Xudiyev, Əliyev İbrahim və Vüsal Salamovun ailə üzvləri fikirlərini bölüşdülər.

Çıxış edən Azərbaycan Yazıçılar Birliyi Xəzər bölməsinin sədri, şair-tədqiqatçı Arif Buzovnalı, Azərbaycan Yazıçılar Birliyinin üzvü, prezident təqaüdçüsü, şairə Gülnar Səma dövlətimizin hər zaman şəhid ailələrinin anında olduğunu bildiriblər və qeyd edilib ki, şəhidlik ən uca zirvədir və bu zirvə hər insana nəsib olmur.

Sonra şəhid Məmmədağa Səfərovun təhsil aldığı Türkiyə Balıkesir Universitetinin müəllimləri də məzun şəhidlə bağlı xatirələrini bölüşüblər.

Kitabxananın fəal üzvü Ələkbər İsgəndərli və Nizami adına Mədəniyyət Mərkəzinin bədii qiraət dərnəyinin üzvü Nəzrin Abdullayeva vətənpərvər hisslərini şeirlə çatdırıblar.

Çıxış edən Antalya Azərbaycan Mədəniyyəti və Həmrəyliyi Təşkilatının üzvləri hər zaman Azərbaycan xalqının yanında olduqlarını vurğulayıblar.
Bu xəbər oxucular tərəfindən 283 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed