Şrift:
İşğaldan azad olunmuş ərazilərin faunası növbəti beş il ərzində tədqiq olunacaq
29.12.2020 [11:49] - Gündəm, Mədəniyyət
Zoologiya İnstitutu Elmi şurasının “Zoom” platforması üzərindən cari il üçün son iclası keçirilib.

İnstitutdan bildirilib ki, iclasda 2021-2025-ci illər üçün elmi-tədqiqat işlərinin planı geniş müzakirə olunub, təkliflər dinlənilib.

Qeyd edilib ki, Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Qarabağın 30 ilə yaxın müddət ərzində işğal altında qalması bu ərazilərdə digər sahələr kimi faunanın da elmi tədqiqatlardan kənarda qalmasına səbəb olub. Plana əsasən, növbəti beş il ərzində işğaldan azad edilmiş ərazilərdə faunanın kompleks tədqiqi, eyni zamanda, dövlət proqlamlarının icrası ilə əlaqədar tapşırılmış digər elmi-tədqiqat işləri də nəzərə alınıb.

Sonda institutun 2021-2025-ci illər üçün elmi-tədqiqat işlərinin planının təsdiq olunması üçün Biologiya və Tibb Elmləri Bölməsinin Elmi şurası qarşısında vəsatət qaldırılıb.
Bu xəbər oxucular tərəfindən 291 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed