Şrift:
Vətən müharibəsi qəhrəmanının son arzusu: yeni doğulan övladına öz adı verildi
29.12.2020 [11:52] - Xəbərlər, Hərb
Quba rayonunun Zizik kəndindən olan şəhid baş gizir Şahin Allahyarovun oğlu dünyaya gəlib.

Ailəsi Şahinin vəsiyyətinə uyğun olaraq körpəyə qəhrəman döyüşçünün öz adını verib.

Şahin şəhidlik zirvəsinə yüksəlməzdən əvvəl çəkdiyi videosu ilə diqqət mərkəzinə düşmüşdü. O, həmin videoda həyat yoldaşına müraciət edərək şəhid olacağı halda, yeni doğulacaq övladına öz adının verilməsini vəsiyyət etmişdi. Bu, Şahin Allahyarovun ikinci övladıdır.

Azərbaycan Ordusunun baş giziri Şahin Allahyarov Vətən müharibəsində Füzuli, Cəbrayıl və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Noyabrın 1-də Şuşa uğrunda döyüşlər zamanı şəhid olub. Quba rayonunda dəfn olunub.

Döyüşlər zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Şahin Allahyarov ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülüb və “Vətən uğrunda” medalı ilə təltif edilib.
Bu xəbər oxucular tərəfindən 1536 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed