Şrift:
Maliyyə naziri: Son 5 ildə dövlət büdcəsində sosialyönümlü xərclərin həcmi artıb
29.12.2020 [12:01] - Gündəm, İqtisadiyyat
Milli təhlükəsizlik və müdafiə qabiliyyətinin gücləndiriməsi hər zaman dövlətimiz üçün prioritet məsələsi olub. Bu sahəyə qoyulan xərclər 3,7 faiz artıb. Bundan başqa, son 5 ildə dövlət büdcəsində sosialyönümlü xərclər 3,8 faiz çoxalıb. Əhalinin sosial müdafiəsinin daha da gücləndirilməsi üçün büdcə ilə bağlı müəyyən təkliflər irəli sürülüb

Bunu maliyyə naziri Samir Şərifov parlamentdə 2021-ci il üçün büdcə layihəsinin müzakirəsi zamanı çıxışında deyib.

Maliyyə naziri qeyd edib ki, vaxtın az olmasına baxmayaraq, Milli Məclisdə 2021-ci il üçün büdcə layihəsi ilə bağlı müzakirələr günün reallıqlarını özündə əks etdirib. Bəzi cari məsələlər istisna olmaqla, əsas diqqət Böyük Qayıdış və bərpa işləri ilə bağlı aparılacaq işlərin təşkilinə yönəldilib.

Ölkəmizin müdafiə qabiliyyətinin artırılmasının vacibliyini vurğulayan Samir Şərifov deyib: “Azərbaycan Prezidenti işğaldan azad olunmuş ərazilərin bərpası ilə bağlı Fərman imzalayıb. Əhaliyə dəyən ziyanın öyrənilməsi, prioritet ardıcıllıq nəzərdən keçirilir. Xüsusi dövlət proqramı layihəsi üzərində iş aparılır”
Bu xəbər oxucular tərəfindən 296 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed