Şrift:
Qəbələdə şəhid ailələrinə və Vətən müharibəsi qazilərinə Yeni il sovqatı çatdırılıb
29.12.2020 [12:03] - Xəbərlər, Hərb
Torpaqlarımızın işğaldan azad edilməsi naminə canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi xalqımız tərəfindən daim uca tutulur, ehtiramla anılır. Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalan qəhrəman Vətən oğullarının ailələri, eləcə də döyüşlər zamanı yaralanan qazilər Qəbələ rayon rəhbərliyi tərəfindən daim diqqət və qayğı ilə əhatə olunublar.

Qəbələ Rayon İcra Hakimiyyətinin rəhbər şəxsləri Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il ərəfəsində Vətən müharibəsində şəhid olanların və döyüşlərdə yaralanan qazilərin ailələrini evlərində ziyarət edib, onlara mənəvi dəstək olub, qazilərin müalicələri ilə maraqlanıb, ailələrə Yeni il sovqatı çatdırıblar.

Görüşlərdə 44 gün davam edən Vətən müharibəsində qazanılan tarixi qələbənin, ilk növbədə, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı Azərbaycan Ordusunun qəhrəman əsgər və zabitlərinin böyük rəşadətinin təntənəsi olduğu, xalqımızın qəhrəman övladları ilə hər zaman fəxr etdiyi xüsusi vurğulanıb.

Şəhid ailələri və müharibə qaziləri ilə belə görüşlər mütəmadi olaraq davam etdirilir.
Bu xəbər oxucular tərəfindən 1824 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed