Şrift:
“Qalatasaray” səfərdə “Konyaspor”a məğlub olub
06.01.2021 [09:56] - Gündəm, İdman
Yanvarın 5-də futbol üzrə Türkiyə çempionatının XVII turu çərçivəsində keçirilən qarşılaşmada “Qalatasaray” səfərdə “Konyaspor”un qonağı olub.

Qarşılıqlı hücumlar şəraitində keçən görüşdə İstanbul təmsilçiləri rəqibinə 4:3 hesabı ilə məğlub olublar. Konya klubunun heyətində Erdon Daçi (41, 46), Uğur Demirok (82) və Artem Kravets (90+2) fərqlənib. “Qalatasaray”ın qollarını isə Mbaye Caqne (45+2, 77) və Oğulcan Çağlayan (90+4) vurub.

Günün digər matçlarında isə “Qaziantep” doğma meydanda “Ankaragücü”nü iki cavabsız qolla üstələyib. “Yeni Malatyaspor” – “Sivasspor” qarşılaşmasında isə 2:2 hesablı heç-heçə qeydə alınıb.

Hazırda Türkiyə Superliqasına 31 xalla “Qaziantep” başçılıq edir. Onunla eyni xala malik olan “Beşiktaş” ikinci, 30 xal toplayan “Alanyaspor” klubu üçüncü pillədə qərarlaşıb.

Qeyd edək ki, yeni mövsümdə Superliqada 21 komanda yarışır. XVII turda “Kasımpaşa” istirahət edir.
Bu xəbər oxucular tərəfindən 323 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed