Şrift:
Marağa şəhərinin bələdiyyə başçısı həbs edilib
06.01.2021 [10:22] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Bələdiyyə başçısı Məhəmməd Rza Əhmədi ilə yanaşı hələlik adları açıqlanmayan bələdiyyənin başqa 4 məsul əməkdaşının da həbs edildiyi bildirilir.



Həbs əməliyyatı Şərqi Azərbaycan Təhlükəsizlik Baş İdarəsi əməkdaşları tərəfindən həyata keçirilib.



Məhkəmə məsullarının verdiyi bilgiyə görə, həbslər korrupsiya ilə bağlıdır və faktla bağlı Şərqi Azərbaycan Prokrorluğunda cinayət işi açılıb.



Son aylar ölkədə korrupsiya ilə bağlı həbslər artıb. Urmu, Soyuqbulaq, Azərşəhr və Tikantəpə şəhərlərində Şəhər Şurası və Bələdiyyə məsullarının bir neçəsi təhlükəsizlik və kəşfiyyat idarəsinin məmurları tərəfindən həbs edilib. Maraqlıdır ki, həbs əməliyyatlarının həyata keçirilməsində məhkəmə və polis sisteminin əməkdaşları gözə görünmür.



Qeyd etmək lazımdır ki, korrupsiya İran rejimində kök atmış fenomendir. Tez- tez Amerika Birləşmiş Ştatları və Qərb mətbuatı başda dini lider Əli Xamneyi olmaqla, ölkə rəhbərliyinin korrupsioner fəaliyyətlərinə dair faktlar yayırlar.
Bu xəbər oxucular tərəfindən 392 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed