Şrift:
Türkiyə Azərbaycanın istehsal etdiyi silah-sursatları dünya bazarına çıxaracaq
29.10.2011 [19:34] - Hərb
Azərbaycan və Türkiyə bəzi müdafiə təyinatlı məhsulların birgə ixracını həyata keçirəcək.

Bu barədə Türkiyənin Makina və Kimya Sənayesi Təşkilatından (MKEK) məlumat verilib.

Birgə ixracat-satış fəaliyyəti ilə bağlı məsələ Türkiyənin müdafiə naziri İsmət Yılmazın oktyabrın ortalarında Bakıya səfəri zamanı müzakirə olunaraq razılaşdırılıb. Əldə edilmiş razılaşmaya əsasən Türkiyə şirkətləri, xüsusilə də MKEK bu məsələdə Azərbaycan Müdafiə Sənayesi Nazirliyinə yardımçı olacaq. Yəni Azərbaycanda yerli müəssisələr tərəfindən istehsal edilmiş döyüş sursatları və silahlar ilk dövrdə türk şirkətləri ilə birgə, bu şirkətlərin vasitəsilə bazara çıxarılacaq.

MKEK rəsmilərinin sözlərinə görə, Azərbaycan hərbi sənayesi yeni yarandığından gərgin rəqabətin mövcud olduğu dünya bazarında ixracat zamanı problemlərlə üzləşə bilər. Bu səbəblə şirkət Azərbaycan məhsullarını xaricdəki müştərilərinə çatdırmağa hazırdır. Artıq MKEK Azərbaycan tərəfi ilə birgə alınmış sifarişlərə uyğun olaraq RPG-7V qumbaraatanlarının, onların mərmilərinin, lüləaltı qumbaraatanlar üçün VOQ-25 tipli döyüş sursatlarının, habelə “Kalaşnikov” avtomatları üçün döyüş sursatlarının ixracının reallaşdırılması istiqamətində işlər aparır.
Bu xəbər oxucular tərəfindən 4908 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed