Şrift:
Türkiyənin daxili işlər naziri ölkə universitetlərindən birinə yeni rektor təyininə qarşı etirazlarla bağlı açıqlama verib
07.01.2021 [10:52] - Xəbərlər, Siyasət
Türkiyənin daxili işlər naziri Süleyman Soylu ölkənin Boğaziçi Universitetinə yeni rektor təyininə qarşı etirazlarla bağlı açıqlama verib.

Universitetə aidiyyəti olmayan bəzi şəxslərin bu ali təhsil müəssisəsinin binasına daxil olmağa çalışdığını xatırladan nazir bunun kobud qanun pozuntusu olduğunu vurğulayıb.

Bildirilib ki, universitetə heç bir aidiyyəti olmayan, terrorla əlaqəli bu leqal qrupların binaya daxil olmalarının qarşısını alan türk polisi qanunun tələblərini yerinə yetirib və doğru addım atıb.

Qeyd edək ki, bu il yanvarın 2-də professor Melih Bulu Türkiyənin Boğaziçi Universitetinə rektor təyin edilib. Bu təyinat bəzi qruplaşmalar tərəfindən etirazlarla qarşılanıb.
Bu xəbər oxucular tərəfindən 47 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed