Şrift:
Ərdəbil nümayəndəsi Azərbaycan xalqının İran hökumətinə inanmadığını, dövlət təmsilçilərinin azərbaycanlıları aldatdığını deyib
08.01.2021 [11:44] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
“İlna” xəbər agentliyinin verdiyi məlumata görə, Puya Müjərrəd, 7 yanvar, cümə axşamı, köhnə parlament binasında keçirilən Əyalətlər Ali Şurasının 38-ci iclasında ənənəvi çıxışdan imtina edərək seçildiyi dairənin problemlərindən danışmaq istədiyini söyləyib.



O deyib: “Bu gün ənənəvi çıxış qaydasını etiraz əlaməti olaraq pozuram. Hökumətlərin, prezidentlərin, nazirlərin, məsulların və məmurların son illər və onilliklər boyu verdiyi bütün yerinə yetirilməmiş vədləri qınayıram. Onlar on illər boyu Ərdəbil əhalisinə verdikləri heç bir sözü yerinə yetirməyiblər”.



Onlarla millət vəkilinin və yüzlərlə şəhər və kənd məclis üzvlərinin, cümə namazı rəhbərləri və natiqlər, jurnalistlər, jurnalistlər və siyasi, ictimai və mülki fəalların, həmçinin Böyük Ərdəbil coğrafiyasının bu hissəsindəki insanların iğtişaşlarına baxmayaraq, unutqanlıq nisbəti daha çoxdur. Bu vilayətdəki məhrum və məhrum xalqımın içməli su, lazımi səhiyyə xidməti, yollar və təhlükəsiz yollar kimi təməl hüquqları yoxdur.



Puya Mücərrəd, onlarla millət vəkilinin, şəhər və kənd şuraları üzvlərinin. Jurnalistlərin və Ərdəbilin bütün təbəqələrdən olan əhalisinin yüzlər dəfə müraciət və etirazlarına baxmayaraq hələdə bölgə sakinlərinin içməli su, normal və təhlükəsiz yol, lazimi səviyyədə səhiyyə xidməti, istənilən təhsil müəssisələrinin olmadığını bildirib. O, ərdəbillilərin bir çox sahədə hüquqlarının pozulduğunu, verilən vədlərin yerinə yetirilmədiyi üçün hökumətə güvənmədiklərini deyib.



Ərdəbil nümayəndəsi nəzərdə tutulan dəmir yolu xəttinin, kimiya zavodunun, Muğan-Şərqi Azərbaycan magstral yolunun və nəzərdə tutulan başqa bu kimi layihələrin təsdiqindən 20 il keçməsinə baxmayaraq icra edilmədiyini vurğulayıb.



O, Ərdəbil Əyalətində işsizlik səviyyəsinin ortalama 50% olduğunu, bunun bir sıra yerlərdə 70%-ə çatdığını və əhalinin 40%-nın yoxsulluq səviyyəsində yaşadığını bildirib. Mücərrəd bunun əsas səbəbinin ayrı-seçkilik siyasətinin tətbiqində olduğunu söyləyib.
Nümayəndə deyib: “Bu problemlər o zaman daha dözülməz və acı olur ki, ölkənin zavod, fabrik və iqtisadi, sənaye müəssisələrinin 50%-nın 5 əyalətdə (fars əyalətləri) yerləşdiyini görürük”.



O, geniş və bir çox sahələri əhatə edən çıxışında Mədəni İrs, Əl İşləri və Turizm nazirliyini Azərbaycan tarixi və mədəniyyətinə qarşı düşmən mövqe tutmaqda günahlandıraraq deyib:



“İranın Mədəni İrs,Əl İşləri və Turizm Nazirliyi, Meşginin (Xiyav) 8000 illik tarixi "Şəhər Yeri"ni, 9000 illik Oltan Qalasını, Aslanduzun tarixi Nadir Şah təpəsini, Sayının Daş Karvansarayını, bölgənin tarixi Bazar və Körpülərini, Ərdəbilin tarixi hamamlarını taleyin umuduna buraxaraq dağılıb aradan getməyə məhkum edib.



Böyük Azərbaycanın bir parçası olan Ərdəbil əyalətinin Moşiran daş yazıları, qədim mağaraları və digər abidələri, Sultan Savalan, Dumoli geoparkı kimi təbii cazibə yerləri, çoxsaylı dağlar, bol isti sular, Xalxalın taysız meşələri, gölləri ilə qorunmağa və turistik yerlərə çevrilməli olduğu halda unudulub”.



Puya Mücərrəd uzun çıxışının sonunda bir çox problemlərə, icra olunmamış layihələrə, azərbaycanlılara qarşı mərkəzi hökumətin ədalətsiz siyasətlərinə toxunaraq çıxışını bu sözlərlə yekunlaşdırıb:



“Mən daha hökumət başçısından, nazirlərdən və başqa məsullardan heç nə tələb etmirəm, xalqım üçün heç bir yardım istəmirəm. Ona görə ki, bunun artıq mənasız və nəticəsiz olduğunu anlayıram. Sadəcə mən nəcib Azərbaycan xalqı adından bu hökumətə qarşı inamsızlığımı bildiri və sədaqət andımı geri götürürəm.”
Bu xəbər oxucular tərəfindən 378 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed