Şrift:
Ağdaş rayon sakininin evində ehtiyatsızlıqdan ölməsi ilə bağlı cinayət işi başlanıb
11.01.2021 [12:36] - Gündəm, Sosial
Yanvarın 9-da saat 22 radələrində Ağdaş rayon sakini 1991-ci il təvəllüdlü Baxışov Elman Elxan oğlunun yaşadığı evdə ölməsi barədə rayon prokurorluğuna məlumat verilib.

Ağdaş Rayon Prokurorluğunun daxil olan məlumatında bildirilib ki, cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Aparılmış araşdırmalarla Elman Baxışovun sol qol nahiyəsindəki sınıq ilə əlaqədar yaşadığı evdə ailə üzvləri tərəfindən antibiotik tərkibli “Triosef” adlı dərman preparatının vurulmasından sonra halının pisləşməsi və nəticədə ölməsi müəyyənləşdirilib.

Faktla bağlı Ağdaş Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
Bu xəbər oxucular tərəfindən 263 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed