Şrift:
Güney Azərbaycanın Futzal klubu dünyanın ən güclü 10 klubu arasında yer alıb
11.01.2021 [12:50] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İranın futzal premyer liqasının son üç mövsümün çempionu dünyanın ən yaxşı futzal komandasına namizədlər arasındadır.



2020-ci ildə dünyanın ən yaxşı klub komandası adı uğrunda Vərziğanın “Mis-e Süngün” komandasının rəqibləri İnter Milan və İspaniyanın Barselona, Braziliyanın Magnus və Korintians, Rusiyan-Moskvanın KPRF, Portuqaliyanın Sporting, Yaponiyanın Nagoya Oşnez, Taylandın Çonburi və Vyetnamın Thay Sun Nnam komandalarıdır.



Mes Futzal Premyer Liqasının son 3 mövsümünün çempionudur və Asiya Klublar Çempionatının son iki mövsümündə bir çempionluq və bir ikincilik mükafatı qazanıb.
Bu xəbər oxucular tərəfindən 35 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed