Şrift:
“Fənərbağça” səfərdə “Ərzurumspor”un qapısından üç cavabsız qol keçirib
12.01.2021 [10:37] - Gündəm, İdman
Yanvarın 11-də futbol üzrə Türkiyə çempionatının XVIII turunun üçüncü gün qarşılaşmasında "Ərzurumspor" doğma meydanda "Fənərbağça"nı qəbul edib.

Ğərgin keçən görüşdə istanbullular rəqibinin qapısından üç cavabsız qol keçiriblər. "Fənərbağça"nın heyətində Mert Hakan Yandaş (45+5), Dimitrios Pelkas (48) və Sinan Gümüş (51) fərqləniblər.

Günün digər matçında isə "Kasımpaşa" səfərdə "Alanyaspor"u 2:1 hesabı ilə udub.

Hazırda çempionatın turnir cədvəlinə 35 xalla "Beşiktaş" başçılıq edir. Onunla eyni xala malik olan "Fənərbağça" ikinci, 33 xal toplayan "Qalatasaray" isə üçüncü pillədə qərarlaşıb.

Qeyd edək ki, yeni mövsümdə Superliqada 21 komanda yarışır. On yeddinci turda "Trabzonspor" istirahət edib.
Bu xəbər oxucular tərəfindən 27 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed