Şrift:
Rusiya Azərbaycanın Fövqəladə Hallar Nazirliyinə 15 mobil konteyner göndərib
12.01.2021 [11:07] - Gündəm, Sosial
Formalaşmış ikitərəfli sıx əməkdaşlıq münasibətləri çərçivəsində Rusiya Federasiyasının Mülki Müdafiə, Fövqəladə Hallar və Təbii Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması üzrə Nazirliyi tərəfindən Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə (FHN) səhra şəraitində istifadə üçün nəzərdə tutulan 15 ədəd mobil konteyner göndərilib.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən bildiriblər.

Qeyd edilib ki, Azərbaycan FHN-in Qarabağ Regional Mərkəzinə çatdırılmış konteynerlərdən 10 ədədi yaşayış, 5 ədədi isə ofis kimi istifadə üçün nəzərdə tutulub. Konteynerlərdə yaşayış və iş fəaliyyəti üçün müvafiq şərait yaradılıb.
Bu xəbər oxucular tərəfindən 244 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed