Şrift:
Ötən il Bakı metrosunda 8 yeni ventilyator quraşdırılıb
13.01.2021 [10:54] - Gündəm, İqtisadiyyat
Ventilyatorlar Bakı Metropolitenində pandemiya dövründə ən çox müzakirə edilən mövzu olub. Sərnişindaşıma dövründə bu qurğuların işi məhz pandemiyaya qarşı profilaktik tədbirlər çərçivəsində təmin edilərək stansiyaların mütəmadi təmiz hava axını şəraitində olması təmin olunub və güclü ventilyatorlar dövrün tələbinə uyğun qrafiklə çalışıb. Sərnişinsiz dövrlərdə isə qatarların hərəkətindən yaranan porşen effektli hava axını olmadığından tunel və avadanlıqların geoloji mənfi təsirlərdən qorunması məqsədilə ventilyatorların işi daha fərqli qrafiklə təmin edilib.

“Bakı Metropoliteni” QSC-dən bildirilib ki, bütün bunlarla yanaşı, metropolitendə havalandırma sisteminin yaxşılaşdırılması istiqamətində 2020-ci il xüsusilə yaddaqalan olub. Pandemiyanın məhdudiyyətlərinə rəğmən Rusiyanın “Ventprom” şirkətinin istehsalı olan 10 yeni güclü ventilyatorun və onların idarəetmə sistemlərinin ölkəyə gətirilməsi təmin edilib və onlardan 8-nin quraşdırılması başa çatdırılıb. Eyni qayda ilə, metropoliten üçün su təchizatı və müxtəlif suvurma sistemlərinin yeniləşdirilməsi istiqamətində əhəmiyyətli tədbirlər həyata keçirilib, onların hər biri metropolitenin işinin daha da optimallaşdırılmasına xidmət göstərib.
Bu xəbər oxucular tərəfindən 292 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed