Şrift:
SOCAR-ın Geofizika və Geologiya İdarəsinin işçiləri əməkhaqlarının 10 faizini “YAŞAT” Fonduna köçürüblər
13.01.2021 [11:01] - Xəbərlər, İqtisadiyyat
SOCAR-ın Geofizika və Geologiya İdarəsinin işçiləri əməkhaqlarının 10 faizini “YAŞAT” Fonduna köçürüblər.

Şirkətdən bildirilib ki, respublikamızın ictimai həyatında daim yaxından iştirak edən SOCAR-ın Geofizika və Geologiya İdarəsinin əməkdaşları “YAŞAT” Fondunun fəaliyyətinə öz töhfələrini vermək qərarına gəliblər. İdarənin əməkdaşlarının və Həmkarlar İttifaqı Komitəsinin təşəbbüsünü nəzərə alan rəhbərlik “YAŞAT” Fonduna (şəhid ailələrinin üzvləri, qazilər, hazırda döyüş bölgəsində olanlar istisna edilməklə) 2020-ci ilin dekabr ayı üzrə vəzifə maaşlarının 10 faizi həcmində maliyyə yardımı göstərilməsini məqsədəuyğun hesab edib. “YAŞAT” Fondunun hesabına 61 min 925 manat vəsait köçürülüb.

2020-ci il ərzində Geofizika və Geologiya İdarəsi tərəfindən COVID-19-la mübarizə çərçivəsində Koronavirusla Mübarizəyə Dəstək Fonduna və Silahlı Qüvvələrə Dəstək Fonduna da vəsait köçürülüb. Ötən il ərzində ümumilikdə fondlara 140 min manatadək vəsait köçürülüb.

Xatırladaq ki, Prezident İlham Əliyevin Fərmanına əsasən, ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu - “YAŞAT” Fondu yaradılıb.
Bu xəbər oxucular tərəfindən 356 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed