Şrift:
Spiker Nensi Pelosi Trampın impiçmenti üzrə proses üçün ittihamçılar təyin edib
13.01.2021 [11:07] - Xəbərlər, Siyasət
ABŞ Konqresindəki demokratlar Prezident Trampın ölkənin rəhbəri vəzifəsindən vaxtından əvvəl getməsi tələbini davam etdirirlər.

ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosi Donald Trampın impiçmenti üzrə proses üçün senatda 9 konqresmeni ittihamçı təyin edib.

Nümayəndələr Palatasında çoxluq təşkil edən demokratlar Trampa “qiyama təhrik” ittihamı ilə onun barədə impiçment elan olunmasını tələb edirlər. Təklif Palatada bəyəniləndən sonra iş Tramp üzərində məhkəmə üçün Konqresin yuxarı palatasına ötürüləcək. Lakin Trampın vəzifədən gedəcəyinə qısa müddət qalması nəzərə alınaraq, Senat Trampa qarşı ittihama yəqin ki, yanvarın 20-dək baxacaq.

Pelosinin təyin etdiyi ittihamçılar komandasına Merilend ştatından olan, Konstitusiya hüququ üzrə professor, Konqresdə bir neçə komitənin üzvü Ceymi Raskin rəhbərlik edəcək. Devid Sisillin, Dayana Dicett, Hoakin Kastro, Erik Suolvell, Ted Lyu, Steysi Pleskett, Co Neqyus və Madlen Din ittihamçılar sırasındadır.

Xatırladaq ki, yanvarın 6-da ABŞ Prezidenti Donald Tramp tərəfdarlarının mitinqində seçkilərin nəticələrinə etiraz etmək və bununla da Baydenin qələbəsinin Konqres tərəfindən təsdiqlənməsinin qarşısını almaq üçün onları Kapitoliyə getməyə səsləyib. Tramp tərəfdarlarının dəstəsi ABŞ Kapitolisini mühasirəyə alaraq, Baydenin Prezident seçkilərində qələbəsinin təsdiqlənəcəyi Konqresin birgə sessiyasını dayandırıblar. Konqres üzvləri təhlükəsiz, lakin çox darısqal bir yerə təxliyə olunub, onlar bir neçə saat orada qalıblar. İğtişaşlar nəticəsində 5 nəfər həlak olub.
Bu xəbər oxucular tərəfindən 25 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed