Şrift:
Koronavirusun profilaktikasına dair nəzarət tədbirləri davam edir
13.01.2021 [11:08] - Gündəm, Sosial
yeni növ koronavirusun (COVID-19) profilaktikasına dair Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin icrasına nəzarət məqsədilə Qida Təhlükəsizliyi Agentliyi ərzaq satışı obyektlərində monitorinqləri davam etdirir.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, həyata keçirilən nəzarət tədbirləri çərçivəsində 2021-ci il yanvarın 11-də ölkə ərazisində fəaliyyət göstərən 59 ərzaq satışı obyektində monitorinqlər həyata keçirilib.

Monitorinq keçirilən 43 ərzaq satışı müəssisəsində ümumilikdə 79 nöqsan aşkarlanıb və həmin nöqsanlarla əlaqədar qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb, eyni zamanda sahibkarlıq subyektlərinə qida təhlükəsizliyi sahəsində normativ texniki sənədlərin tələbləri izah edilib, icrası məcburi göstərişlər və maarifləndirici tövsiyələr verilib
Bu xəbər oxucular tərəfindən 30 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed