Şrift:
Heydər Əliyev adına NEZ-in əməkdaşları “YAŞAT” Fonduna 195 min manatdan çox vəsait köçürüblər
14.01.2021 [11:22] - Xəbərlər, İqtisadiyyat
SOCAR-ın Heydər Əliyev adına neft emalı zavodunun (NEZ) əməkdaşları “YAŞAT” Fonduna 195 min manatdan çox vəsait köçürüblər.

Şirkətdən bildirilib ki, SOCAR Azərbaycanın iqtisadi inkişafındakı aparıcı rolu ilə yanaşı, ölkəmizin ictimai həyatında bir çox sosial layihələrə davamlı dəstəyini hər zaman nümayiş etdirməkdədir. Şirkətin strukturuna daxil olan digər müəssisələr kimi SOCAR-ın Heydər Əliyev adına neft emalı zavodu da ötən il ərzində sosial layihələrin aktiv iştirakçısı olub. Zavodun əməkdaşlarının və Həmkarlar İttifaqı Komitəsinin təşəbbüsü ilə Prezident İlham Əliyevin Fərmanı ilə ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə yaralananların və şəhid ailələrinin təminatına dəstək məqsədilə yaradılan “YAŞAT” Fonduna NEZ-in əməkdaşları tərəfindən könüllü ölaraq 2020-ci ilin dekabr ayı üzrə vəzifə maaşlarının 10 faizi həcmində, 195 min 136 manat vəsait köçürülüb.

2020-ci ildə COVID-19-la mübarizə tədbirləri çərçivəsində yaradılan Koronavirusla Mübarizəyə Dəstək Fonduna NEZ-in işçiləri tərəfindən 34 min 591 manat, Silahlı Qüvvələrə Yardım Fonduna isə 235 min 320 manat məbləğində vəsait köçürülüb.

Qeyd edək ki, Heydər Əliyev adına neft emalı zavodunun 25 əməkdaşı torpaqlarımızın işğaldan azad olunması uğrunda gedən Vətən müharibəsində iştirak edib, onlardan biri şəhid olub.
Bu xəbər oxucular tərəfindən 320 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed