Şrift:
Azərbaycanlı nazir: “İran Arazın suyunun Urmiyə gölünə axıdılması üçün...”
22.11.2012 [11:37] - Gündəm, Sosial
“İran Arazın suyunun Urmiyə gölünə axıdılması üçün Azərbaycanın razılığını istəyirsə, mövzunu Azərbaycanla birgə müzakirə etməlidir”. Bu açıqlamanı jurnalistlərə ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov verib.
O bildirib ki, ölkələrlə aparılan müzakirə nəticəsində hansısa yekdil, bağlanmış qərarlara uyğun hansısa qərar qəbul edilə bilər. Nazirin sözlərinə görə, Azərbaycanın bu məsələ ilə bağlı İranla müəyyən bir müqaviləsi var: “Müqavilədə bir qayda olaraq ekoloji norma saxlanılır. Suyun çayda qalmasının öz bioloji həyatı var və hər bir ölkə ordan hansı ehtiyaclar üçün su götürə biləcəyini müəyyənləşdirilib. Bundan əlavə, müqavilədə gələcəkdə çayın üzərində hansı qurğuların qurula bilməsi, bu prosesin hansı prinsiplərə əsaslanmalı olduğu, ölkələrlə hansı prinsiplərin razılaşdırılması öz əksini tapıb”.
Nazirin fikrincə, yalnız bundan sonra hər kəsi qane edən yekun nəticəyə gəlmək olar.
Bu xəbər oxucular tərəfindən 1032 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed