Şrift:
Qazaxıstanda koronavirus infeksiyasına yoluxanların sayı yenidən artır
15.01.2021 [11:12] - Gündəm, Sosial
Qazaxıstanda COVID-19 infeksiyasına yoluxanların sayında artım müşahidə olunur.

Səhiyyə Nazirliyinin məlumatına görə, ölkədə son bir gündə 911 nəfər koronavirusa yoluxub.

2020-ci il martın 13-dən bu günə qədər ölkədə koronavirus infeksiyasına 166 min 146 nəfər yoluxub, 2 min 386 nəfər həyatını itirib, ümumilikdə COVID-19-dan 151 min 838 nəfər sağalıb.

Hazırda 23 min 734 nəfər koronavirus infeksiyasından müalicə alır, onlardan 285 nəfərin vəziyyəti ağır qiymətləndirilir.
Bu xəbər oxucular tərəfindən 38 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed