Şrift:
Gömrük Akademiyasında imtahanlar xüsusi qiymətləndirmə mexanizmi ilə keçirilir
15.01.2021 [11:18] - Gündəm, Mədəniyyət
Dövlət Gömrük Komitəsinin Akademiyasında (DGKA) 2020/2021-ci tədris ilinin payız semestrinin imtahan sessiyası keçirilir.

DGKA-dan bildirilib ki, imtahanlar akademiyanın Elmi Şurası tərəfindən qəbul edilmiş qaydalara əsasən, “Microsoft Teams” proqramı vasitəsilə onlayn formada şifahi şəkildə təşkil olunur.

İmtahan nəzarətçiləri və tələbələr imtahanın keçirilmə şəraiti ilə bağlı tələbləri müəyyən edən bütün qaydalarla bağlı öncədən məlumatlandırılıblar.

Akademiyanın elektron imtahan sisteminə yüklənilmiş suallar tələbələrə birbaşa sistem tərəfindən ünvanlanır. İmtahan zamanı tələbə akademiya əməkdaşlarının onlayn nəzarəti altında sualları şifahi qaydada cavablandırır və daha sonra həmin cavablar müvafiq fənn müəllimi tərəfindən qiymətləndirilir.

İmtahanların yüksək səviyyədə təşkili, tələbələrin müraciətlərinin operativ həlli ilə bağlı akademiyada “İmtahan qərargahı” və “Apellyasiya komissiyası” yaradılıb.
Bu xəbər oxucular tərəfindən 296 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed