Şrift:
Hirkan Milli Parkında yanğının söndürülməsinə FHN-in Aviasiya dəstəsinin “BE-200ÇS” amfibiya təyyarəsi cəlb olunub
15.01.2021 [11:21] - Gündəm, Sosial
Hirkan Milli Parkında (Astara rayonu ərazisi) yanğın davam edir

Fövqəladə Hallar Nazirliyinin saytına (FHN) istinadla xəbər verir ki, yüksək dağlıq və çətin relyefi olan meşə sahəsində davam edən yanğının söndürülməsi küləyin güclənməsi səbəbindən bir qədər də çətinləşib.

Yanğının söndürülməsi və geniş əraziyə yayılmasının qarşısının alınması məqsədilə FHN-dən əlavə qüvvələr cəlb olunub. Hazırda Cənub Regional Mərkəzinin, Dövlət Yanğından Mühafizə Xidmətinin, Mülki müdafiə qoşunlarının, Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri, həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumlarının əməkdaşları mürəkkəb relyef şəraitində (yanğının söndürülməsində əsasən əl əməyindən istifadə olunur) yanğınsöndürmə işlərini həyata keçirirlər.

Yanvarın 15-də səhər saatlarından etibarən FHN-in Aviasiya dəstəsinin “BE-200ÇS” amfibiya təyyarəsi yanğının söndürülməsinə cəlb olunub.
Bu xəbər oxucular tərəfindən 56 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed