Şrift:
Fikrət Əmirov adına 6 nömrəli onbirillik incəsənət məktəbinin şagirdləri onlayn müsabiqələrdə uğur qazanıblar
15.01.2021 [11:35] - Xəbərlər, Mədəniyyət
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Fikrət Əmirov adına 6 nömrəli onbirillik incəsənət məktəbinin şagirdləri pandemiya elan olunandan bu günədək iştirak etdikləri bir çox onlayn müsabiqələrdə yüksək nailiyyətlər əldə ediblər.

İdarədən bildirilib ki, incəsənət məktəbində fleyta ixtisası üzrə təhsil alan III sinif şagirdi Əli Xəlilov “Musicoznayka” (“Музыкознайка”) mərkəzinin təşkilatçılığı ilə onlayn keçirilən “Carousel of art” (“Карусель искусcтва”) adlı II Beynəlxalq müsabiqədə iştirak edib. O, “Solist - İnstrumental ifaçılıq” üzrə nominasiyasında II yerə layiq görülüb.

Eləcə də müəllimi Arzu Əzizova, konsertmeyster Sevinc Ağabalayeva peşəkarlığa, işə yaradıcı yanaşmaya və şagirdləri müsabiqəyə uğurlu hazırlıqlarına görə təşəkkürnamə ilə təltif ediliblər.
Bu xəbər oxucular tərəfindən 54 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed