Şrift:
Bayden COVİD-19 pandemiyası ilə əlaqədar üçüncü maliyyə yardımı planını təqdim edib
15.01.2021 [11:44] - Xəbərlər, Siyasət
ABŞ-ın yeni seçilmiş prezidenti Co Bayden koronavirusa qarşı mübarizə məqsədilə 1,9 trilyon dollar yardım, o cümlədən Amerika sakinlərinə 1400 dollar məbləğində stimullaşdırıcı çeklər ödənilməsi paketini təqdim edib.

“Amerika yardım planı” adlanan bu paketə Baydenin prezidentliyinin ilk 100 günü müddətində 50 milyon nəfərin vaksinləşdirilməsi və məktəblər açılması məqsədilə Milli immunlaşdırma proqramının icrası üçün nəzərdə tutulan 416 milyard dollar da daxildir.

Bundan əlavə, proqramda işsizliyə görə əlavə müavinətlərin ödənilməsi müddətinin uzadılması, yerli hakimiyyət orqanlarına və ştatların hökumətlərinə kömək, kiçik biznesin stimullaşdırılması tədbirləri də nəzərdə tutulur.
Bu xəbər oxucular tərəfindən 50 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed