Şrift:
Türkiyədə “Evdə qal!” rejimini pozanlara qarşı cərimələr tətbiq olunub
18.01.2021 [11:31] - Gündəm, Sosial
Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirləri çərçivəsində tətbiq olunan məhdudiyyətlərə uyğun olaraq növbəti 56 saatlıq “Evdə qal!” rejimi başa çatıb.

Yanvarın 15-də Ankara vaxtı ilə saat 21.00-da qüvvəyə minən rejim yanvarın 18-də saat 05.00-da bitib.

Daxili İşlər Nazirliyinin məlumatına görə 56 saatlıq məhdudiyyət müddətində rejim qaydalarını pozduqlarına görə 24 min 755 nəfərə cərimə yazılıb.

Qeyd edək ki, hazırda Türkiyədə “Evdə qal!” rejimini iki mərhələdə aparılır. Həftənin ilk beş günü saat 21-dən başlanan reyim ertəsi gün 05.00-da başa çatır. Cümə günləri eyni saatda tətbiq olunan məhdudiyyət isə 56 saat qüvvədə olur. Bu gün saat 21.00-da növbəti 8 saatlıq “Evdə qal!” rejimi tətbiq olunacaq.
Bu xəbər oxucular tərəfindən 228 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed