Şrift:
Sudanda millətlərarası qarşıdurma 120-dən çox insanın həyatına son qoyub
19.01.2021 [10:17] - Xəbərlər, Hadisə
120-dən çox insan Sudanın Qərbi Darfur vilayətinin paytaxtı Əl-Qeneyna şəhərində millətlərarası qarşıdurmanın qurbanı oldu.

Bu barədə “Al Jazeera” telekanalı məlumat yayıb.

Bildirilib ki, ötən şənbə günü başlayan qarşıdurmalar nəticəsində 129 nəfər ölüb, 198 nəfər yaralanıb.

Qərbi Darfur vilayətinin qubernatoru Məhəmməd əd-Dum şəhərdə təhlükəsizlik baxımından vəziyyətinin çətin olduğunu söyləyib.

Qeyd edək ki, tərəflər arasında yaranan silahlı insidentə səbəb şənbə günü şəhər sakininin qətlə yetirilməsi olub.
Bu xəbər oxucular tərəfindən 357 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed