Şrift:
20 Yanvar faciəsi Kolumbiya mətbuatında
19.01.2021 [10:18] - Xəbərlər, Sosial
Kolumbiyanın nüfuzlu “El Expediente” xəbər portalında köşə yazarı Roberto Trobaxonun 20 Yanvar faciəsinə həsr edilmiş “Qara yanvar” sərlövhəli yazısı dərc olunub.

Azərbaycanın Meksikadakı səfirliyindən bildirilib ki, yazıda Ermənistanın ərazi iddiaları ilə bağlı sovet rejiminin ədalətsiz mövqeyinə qarşı dinc şəkildə etiraz edən və Azərbaycanın müstəqilliyini tələb edən Bakı sakinlərinin üzərinə Sovet İttifaqının o zamankı rəhbəri Mixail Qorbaçovun göstərişi ilə qoşun göndərildiyi və bu zaman çoxlu sayda mülki azərbaycanlının, o cümlədən qadın və uşaqların qətlə yetirildiyi qeyd olunur.

Müəllif Human Rights Watch təşkilatının “Azərbaycanda Qara Yanvar” adlı hesabatından sitat gətirərək sovet qoşunlarının mülki azərbaycanlılara qarşı qeyri-mütənasib güc tətbiqinin kollektiv cəzalandırma olduğunu və bunun digər sovet respublikaları üçün də xəbərdarlıq məqsədi daşıdığını bildirir.

Sonda bütün bu qəddarlıqlara baxmayaraq, Azərbaycan xalqının haqlı mübarizəsindən əl çəkmədiyi və öz müstəqilliyinə nail olduğu deyilir.
Bu xəbər oxucular tərəfindən 44 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed