Şrift:
Xınalıqda 15 santimetr qar, mənfi 7 dərəcə şaxta qeydə alınıb
19.01.2021 [10:53] - Xəbərlər, Bildiriş
Yanvarın 18-i axşam saatlarından başlayaraq Quba, Qusar və Xızı rayonlarının ərazisinə qar yağıb.

Qubada yerləşən Şimal-Şərq Regional Hidrometeorologiya Mərkəzindən bildiriblər ki, rayonun Xınalıq kəndində 15, Qırızda 5, Bostankeşdə 3, Qusarın Ləzə kəndində 5, Xızının Altıağac qəsəbəsində isə 1 santimetr qar yağıb.

Ən aşağı temperatur Qubanın Xınalıq kəndində qeydə alınıb - mənfi 7 dərəcə.
Bu xəbər oxucular tərəfindən 55 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed