Şrift:
20 Yanvar - milli məfkurəmizin azadlıq istəyinin oyanış günüdür
20.01.2021 [19:11] - Xəbərlər, Mədəniyyət
20 Yanvar ölkəmizin tarixində təkcə faciə deyil, Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günüdür. Bu, uzun illər sovet imperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir.

Həmişə dövlətə və dövlətçiliyə sadiq olan leriklilər qan yaddaşımıza əbədi həkk olunmuş, özündə faciə və qəhrəmanlığı ehtiva edən 1990-cı ilin 20 Yanvar hadisələrini daim anırlar.

Yanvarın 20-də Lerik şəhərindəki “Şəhidlər” abidə kompleksinin önündə 20 Yanvar faciəsinin 31-ci ildönümünə həsr olunmuş ümumrayon tədbiri keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayon rəhbərliyi, hüquq-mühafizə orqanlarının, idarə, təşkilat və müəssisə kollektivlərinin, ağsaqqalların, ziyalıların və ictimaiyyətin nümayəndələri karantin qaydalarına əməl etməklə abidə önünə əklillər və gül dəstələri düzərək Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsini ehtiramla yad ediblər.
Bu xəbər oxucular tərəfindən 287 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed