Şrift:
Çində qızıl mədənində dağıntı altında qalan şaxtaçılardan biri ölüb
21.01.2021 [10:57] - Gündəm, Hadisə
Çinin Şandon vilayətində qızıl mədənində baş verən partlayışdan sonra mədəndə köməksiz vəziyyətdə qalan 22 şaxtaçıdan birinin öldüyü təsdiqlənib.

Yanvarın 10-da baş verən partlayışdan sonra mədəndə bir neçə yüz metr dərinlikdə qalan şaxtaçıların axtarış işləri zamanı 12 nəfərin yeri müəyyən olunub. Qazılmış kiçik kanal vasitəsilə onlarla əlaqə yaradılıb, telefon, ərzaq və dərmanlar ötürülüb. Onlardan biri yanvarın 19-da koma vəziyyətinə düşüb. Ölən şəxsin də həmin şaxtaçı olduğu bildirilir.

Hazırda mədəndəki şaxtaçıların xilası üçün işlər sürətlə davam etdirilir. Şaxtaçıların xilası üçün 70 santimetr diametrində 2 quyu qazılır. Quyunun 10 günə hazır olacağı güman olunur.
Bu xəbər oxucular tərəfindən 56 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed