Şrift:
Baş Prokurorluğun daha bir sosial şəbəkəsi rəsmi olaraq təsdiqlənib
21.01.2021 [11:05] - Gündəm, Sosial
Hazırda sosial şəbəkələr informasiya mübadiləsində ən önəmli vasitələrdən birinə çevrilib. Prokurorluq orqanlarının fəaliyyətinə dair məlumatların Azərbaycan Respublikası Baş Prokurorluğunun mətbuat xidməti tərəfindən operativ şəkildə əhaliyə, o cümlədən kütləvi informasiya vasitələrinə çatdırılmasını təmin etmək üçün "Facebook", "Instagram", "Twitter", "YouTube", "Telegram" sosial şəbəkələrindən istifadə olunur.

Baş Prokurorluğun mətbuat xidmətindən bildiriblər ki, yanvarın 21-də isə Azərbaycan Respublikası Baş Prokurorluğunun "Instagram" səhifəsi (link: https://www.instagram.com/prokurorluq/) rəsmi olaraq mavi nişan vasitəsilə təsdiqlənib.

Xatırladaq ki, ötən il noyabrın 26-da isə Azərbaycan Respublikasının Baş Prokurorluğunun "Facebook" səhifəsi – (link: https://www.facebook.com/prokurorluq/) rəsmi olaraq mavi nişan vasitəsilə təsdiqlənib.

“Verified Page”, yəni təsdiqlənmiş səhifə mənasını bildirən mavi nişanın köməyi ilə orijinal səhifə saxta səhifələrdən ayırd edilir.

Məsələ ilə bağlı Baş Prokurorluğun mətbuat xidməti ilə əlaqə saxlayan zaman qurumdan "Facebook" və “Instagram” səhifələrinin rəsmi olaraq mavi nişan vasitəsilə təsdiqlənmələrinə Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti tərəfindən kömək göstərildiyi bildirilib.
Bu xəbər oxucular tərəfindən 273 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed