Şrift:
Dövlət Rəsm Qalereyası növbəti virtual sərgini 20 Yanvar qurbanlarının xatirəsinə ithaf edib
21.01.2021 [11:09] - Xəbərlər, Mədəniyyət
Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 31-ci ildönümü münasibətilə “Şanlı Tarix” adlı virtual sərgi açılıb.

Dövlət Rəsm Qalereyasından bildirilib ki, sərgi xalqımızın qəhrəmanlıq salnaməsi, milli məfkurəmizin oyanışı, sovet imperiyasının əsarətində yaşamağa məhkum olan xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirən qəhrəmanların rəşadətini və faciələrinin real görüntüsünü nümayiş etdirmək məqsədilə həyata keçirilib.

Virtual sərgidə Azərbaycan Dövlət Rəsm Qalereyasının kolleksiyasına məxsus Faiq Əhmədov, Əyyub Hüseynov, Rafael Muradov, Nazim Rəhmanov, Vaqif Hüseynovun 20 Yanvar faciəsinə həsr olunmuş əsərləri nümayiş olunub.

Virtual sərgini Azərbaycan Dövlət Rəsm Qalereyasının sosial media hesabları vasitəsilə izləmək mümkündür.
Bu xəbər oxucular tərəfindən 42 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed