Şrift:
Vüqar Zaynalov: Türk iş adamları ilə birgə Qarabağı tezliklə dirçəldəcəyik
21.01.2021 [11:22] - Xəbərlər, İqtisadiyyat
Türkiyə iş adamları ilə birlikdə işğaldan azad edilmiş ərazilərimizi tezliklə dirçəldəcəyi

Bu sözləri Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) vitse-prezidenti Vüqar Zaynalov Azərbaycanda səfərdə olan “TÜMKİAD” İş adamları və Sahibkarlar Dərnəyinin nümayəndə heyəti ilə görüşdə deyib.

O bildirib ki, 2021-ci il Azərbaycanda böyük quruculuq ilidir və iqtisadi inkişafla bağlı Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən fəaliyyətlərdə özəl sektor, sahibkarlar da fəal iştirak edəcəklər.

Sahibkarlar Konfederasiyası bu sahədə Türkiyə təcrübəsinin öyrənilməsində iş adamlarına geniş dəstək verir deyən konfederasiyanın vitse-prezidenti iki ölkə arasında biznes forumların keçirilməsinin vacibliyini vurğulayıb.
Bu xəbər oxucular tərəfindən 280 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed