Şrift:
Ərdoğan: “Sadələşdirmə adı altında türkcəmiz tarixin ən böyük qətliamına məruz qalıb”
21.01.2021 [11:32] - Xəbərlər, Siyasət
bu fikri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin mədəni irslə bağlı mükafatlandırma mərasimində danışarkən bildirib.


Ərdoğan deyib ki, Türkiyədə mütəxəssislər mədəniyyət hadisələrini çox vaxt dil məsələsi xaricində dəyərləndirirlər ki, bu da yanlışdır.


“Dilimiz bir müddətdir fransız mənşəli, son zamanlarda isə ingilis mənşəli ifadələrlə doludur”, deyən Türkiyə Prezidenti bu mənzərənin sosial media vasitəsilə daha dəhşətli vəziyyətə düşdüyünü vurğulayıb. Qeyd edib ki, türkcəni qorumaq türk mədəniyyətini və millətini qorumaq deməkdir: “Gələcəyimizə qoyacağımız ən böyük sərmayələrdən biri, özümüzdən əvvəlkilərin səhvlərini təkrarlamadan xarici dillər işğalına qarşı türkcəmizi inkişaf etdirmək və qorumaq olacaq. Dil bir canlı varlıq olaraq hər canlı kimi qayğı tələb edir. Bu baxımdan bir çox sektorun üzərinə vacib vəzifələr düşür”.
Bu xəbər oxucular tərəfindən 45 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed