Şrift:
Türkiyənin İzmir vilayətində bir gün ərzində 100-dən çox yeraltı təkan qeydə alınıb
22.01.2021 [12:52] - Xəbərlər, Türk dünyası-Turan
Yanvarın 21-də Türkiyənin İzmir vilayəti və ətraf rayonlarında bir gün ərzində 100-dən çox yeraltı təkan qeydə alınıb.

Bu zəlzələlərdən ən böyüyü 4,5 bal gücündə şəhərin Seferihisar rayonu yaxınlığında Samos seysmik xətti üzərində baş verib. Hazırda ərazidə bir neçə seysmik xəttin aktivliyi müşahidə olunur.

Bu barədə Türkiyənin Doqquz Eylül Universitetinin Zəlzələ Araşdırma və Tətbiq Mərkəzinin müdiri professor Həsən Sözbilir məlumat verib. Professor baş verən bu təkanların hamısının afterşok olmadığını, bəzilərinin yeraltı təkan olduğunu bildirib.

Hazırda bölgədə baş verə biləcək zəlzələlərlə bağlı genişmiqyaslı araşdırmalar aparılır.

Xatırladaq ki, 2020-ci il oktyabrın 30-da Türkiyənin İzmir vilayətində 6,6 bal gücündə zəlzələ meydana gəlib. Baş verən bu təbii fəlakət zamanı 117 nəfər həlak olub, çox sayda ev yararsız hala düşüb.

Bu zəlzələ baş verən andan indiyədək bölgədə beş mindən çox yeraltı təkan qeydə alınıb.
Bu xəbər oxucular tərəfindən 59 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed