Şrift:
Elazığda baş vermiş zəlzələ nəticəsində evləri dağılan sakinlərə yeni mənzillər verilib
25.01.2021 [23:54] - Gündəm, Türk dünyası-Turan
Ötən il yanvarın 24-də Türkiyənin Elazığ vilayətində baş verən dağıdıcı zəlzələnin ildönümü ilə əlaqədar anma mərasimi keçirilib.

Mərasimdə iştirak edən Prezident Rəcəb Tayyib Ərdoğan ictimaiyyət qarşısında çıxış edib.

Türkiyədə baş verən zəlzələlərdə evsiz qalan vətəndaşların yeni mənzillərlə təmin olunması istiqamətində görülən işlər barədə məlumat verən dövlət başçısı bildirib ki, yeni mənzillər müasir standartlara uyğun şəkildə davamlı və geniş sahədə inşa olunur. Yaşayış binalarının tikintisi ölkənin bütün vilayətlərində geniş masştabda aparılır.

Sonra Prezident Rəcəb Tayyib Ərdoğan bəzi vətəndaşlara yeni mənzillərin açarlarını təqdim edib.

Qeyd edək ki, Elazığda baş vermiş Rixter cədvəli üzrə 6.8 bal gücündə zəlzələ nəticəsində 41 nəfər ölüb, xeyli sayda insan isə yaralanıb. Dövlətə və əhaliyə külli miqdarda zərər dəyib. Hazırda bölgədə geniş quruculuq və tikinti işləri aparılır. Tikintisi davam etdirilən 20 min 11 mənzildən 8 mini tamamlanıb.
Bu xəbər oxucular tərəfindən 52 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed