Şrift:
Türkmən millət vəkili məktəblərdə ana dilinin (türkməncə) tədris olunmasını istəyib
26.01.2021 [10:30] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Günbəd-Kavus şəhərinin İran Parlamentində olan nümayəndəsi “Təhsil, Araşdırma və Texnologiya Komissiyası”nın iclasında məktəblərdə ana dilində tədris qadağasının qaldırılmasının zəruriliyindən və ana dilində tədrisin vacibliyindən danışıb.



Nümayəndə deyib: "Hər bir insanın birinci, ən vacib və ən təbii haqqı sosial ədalət qurmaq, milli və yerli dili qorumaqdır. Hər millətin ən vacib simvol və kimlik bəlgəsi onun ana dilidir. Dil hər bir millətin yaşamaq amilidir".



O, İranda bir çox dillərin aradan getmək təhlükəsi ilə üz-üzə qaldığını bildirərək söyləyib: “YUNESKO-nun verdiyi bilgiyə görə dünyada bir çox dillər yox olur. İranda 20 dili yox olmaq təhlükəsi gözləyir”.



Onun dediyinə görə, “hər bir vətəndaşın istəyi ana dilini gələcək nəsillərə ötürməkdir. Bu bir təhdid yox bir fürsətdir. Xalqlar dinc şəkildə birgə yaşadıqları kimi, ana dilləri də məktəblərdə birgə tədris olunmalıdır.”



“Aman Qılıç Şadmehr çıxışının ardında bildirib: ”Buna qarşı çıxanların nigarançılığı yersizdir. Buna qarşı çıxmaq gericilik və quru təəssübkeşlikdir.İnanıram ki, ana dilini öyrətmək xalqların daha da çox birliyinə səbəb olmaqla yanaşı fars dilinə marağı dahada artıracaq”.



Millət vəkili 2015 və 2018-ci illərdə parlamentdə ana dilində tədris planının təklif edildiyini, hər iki dövrdə təsdiq olunduğunu komissiya üzvlərinin nəzərinə çatdıraraq deyib: “Planın hökumət tərəfindən gecikdirilmədən altı ay müddətində yerinə yetirməsinə icazə verin”.
Bu xəbər oxucular tərəfindən 465 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed