Şrift:
FHN: Xırdalanda partlayış baş verən evdə axtarış-xilasetmə əməliyyatı davam etdirilir
26.01.2021 [10:39] - Xəbərlər, Hadisə
Abşeron rayonunun Xırdalan şəhərindəki 27-ci məhəllə adlanan ərazidə partlayış nəticəsində uçqunun baş verdiyi ikimərtəbəli fərdi evdə Fövqəladə Hallar Nazirliyinin (FHN) qəza-xilasetmə qüvvələri tərəfindən axtarış-xilasetmə əməliyyatı davam etdirilir.

FHN-in mətbuat xidmətindən bildiriblər ki, nazirliyin xilasedicilərinin operativ müdaxiləsi və peşəkar fəaliyyəti nəticəsində dağıntılar altından 6 nəfər xilas edilib, 1 nəfərin cəsədi çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Ümumilikdə əməliyyata nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətindən 228 nəfər, 19 texnika və xüsusi təlim keçmiş 4 it, Dövlət Yanğından Mühafizə Xidmətindən 20 nəfər və 3 texnika cəlb olunub.

Hazırda axtarış-xilasetmə əməliyyatı davam edir. Əlavə məlumat veriləcək.
Bu xəbər oxucular tərəfindən 57 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed