Şrift:
Fransada son sutkada 22 mindən çox yeni yoluxma qeydə alınıb
27.01.2021 [11:13] - Gündəm, Sosial
Fransada son sutkada COVID-19-a 22 min 086 yeni yoluxma və 612 ölüm faktı qeydə alınıb.

Bu haqda Fransa Səhiyyə İdarəsi məlumat yayıb.

Bildirilib ki, xəstəxanalardakı koronavirus xəstələrinin sayı 27 min 5-ə çatıb. Reanimasiya şöbələrində ağır vəziyyətdə olan 3071 koronavirus xəstəsi intensiv müalicə alır.

Pandemiya başlayandan bəri Fransada bu virusdan ölənlərin ümumi sayı 74 min 106 nəfərdir.
Bu xəbər oxucular tərəfindən 242 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed