Şrift:
Müəllimlərin işə qəbulu müsabiqəsinin müsahibə mərhələsinə sənəd qəbulu bu gün yekunlaşır
27.01.2021 [11:18] - Gündəm, Bildiriş
Bu gün 2020-2021-ci tədris ili üzrə müəllimlərin işə qəbulu müsabiqəsinin növbəti müsahibə mərhələsinə elektron sənəd qəbulu başa çatır.

Təhsil Nazirliyindən bildirilib ki, namizədlər saat 23:59-dək müsahibə linkinin göndəriləcəyi elektron poçt ünvanlarını müvafiq xanaya yazaraq iştiraklarını təsdiq etməlidirlər. Namizədlərin daxil etdiyi məlumatlar yoxlanıldıqdan sonra şəxsi səhifələrinə müsahibənin keçirilmə tarixi barədə məlumat göndəriləcək.

Qeyd edək ki, ölkə ərazisində xüsusi karantin rejiminin uzadılması səbəbindən müsahibələr onlayn formatda, “Microsoft Teams” platforması üzərindən keçiriləcək. Fevral ayından isə müsahibə mərhələsinə başlanılacaq.
Bu xəbər oxucular tərəfindən 299 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed